Hadİsə

Dərman preparatlarını gizlədərək ölkəyə keçirməyə cəhd etdi - FOTO

Dərman preparatlarını gizlədərək ölkəyə keçirməyə cəhd etdi - FOTO
 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz C 180" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatları, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qablar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930