AKTUAL

"Dəymə mənə, dəyməyim sənə" - Ceyhun Osmanlı cazalanmalı olan məmurların iş prinsipi haqda

"YAP rəsmisi Siyavuş Novruzov bəyan edir ki, icra başçıları həbs edilən rayonların hüquq mühafizə orqanları rəhbərləri də məsuliyyətə cəlb edilməlidir. Sual odur ki, bu qədər qanunsuzluq varsa, niyə buna göz yumurdular? Həqiqətən də rayonlarda bəzi rəhbər şəxslər "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə gününü keçirdir və bir-birinin əməlini ört-basdır edir. Haqqı tapdanan vətəndaş dövlətdən narazı düşür və itirən dövlət olur. YAP rəsmisi hər halda bu duruma işarə edir. Yeni Baş Prokuror Kamran Əliyevin təmiz imicini nəzərə alaraq bu durumun dəyişəcəyinə cəmiyyətdə ümidlər artır”.
 
Sfera.az-ın məlumatına görə, bu açıqlama ilə Yaşıllar Hərəkatının lideri, sabiq millət vəkili Ceyhun Osmanlı çıxış edib. O, özlərinin "toxunulmaz Ağsaqqallar”ına güvənərək qanunun tələblərini yerinə yetirməyən başçıların mövcudluğunu önə çəkərək, onların fəaliyyətinə nəzarət etməli olan orqanlarda ailə üzvlərinin təmsil olunması faktlarını diqqətə çatıdırıb:

- Hələ də rayon məhkəmələrinin işinə davamlı olaraq müdaxilə edən başçılar var. Bəzən eyni tipli məsələ ilə bağlı 2 fərqli rayonda 2 fərqli qərarın qəbul edilməsinin şahidi oluruq.

- Rayonlarda bacarıqlı iş adamlarını təqib edən, onları ruhlandıraraq yeni-yeni iş yerləri açmağa sövq etmək əvəzinə şəxsi xahişlərlə onları bezdirərək işlərini iflic edən icra başçıları var.

DTX inkişafımıza, şəffaf idarəetməyə, dövlətçiliyin inkişafının önündə əngəl olan belə qohumluq əlaqələri barədə Cənab Prezidentə arayış hazırlamalıdır. Dəfələrlə şahidi oluruq ki, başçılar haqqında vətəndaşların yazdıqları şikayətlərin ölkə rəhbərliyinə çatmamasında maraqlı məmurlar var. Bəzən qanunsuzluqla mübarizə aparan insanların özünün şərlənərək cəzalanmasının şahidi olmuşuq.

Hər bir halda qanunçuluğun təkmilləşməsi, ictimai nəzarətin artması və şəffaflığın təmin olunması cəmiyyətdə müsbət siqnallara səbəb olur.
 
 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930