Gündəm

DİN-dən "məndən üzr istənilməyib" deyən qadına - CAVAB

DİN-dən
 
"Yasamalda vətəndaşların saxlanılması zamanı qadına və onun həyat yoldaşının ünvanına qarşı yersiz ifadə işlədən polis əməkdaşı Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

Sfera.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
 
DİN rəsmisi təhqir edilən qadının mətbuata "məndən üzr istənilməyib” açıqlamaları ilə bağlı da danışıb. "Qadın demək istəyir ki, həmin əməkdaş məndən üzr istəməyib. Amma həmin əməkdaşın adından ondan üzr istənilib”.

Qeyd edək ki, DİN-in rəsmi məlumatına görə, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb. Bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib: "Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Yasamal rayonunda ötən gün keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb. Polis əməkdaşlarından biri bu zaman qadın sakini və ərini "dovşan" deyərək təhqir edib.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031