Cəmİyyət

DİN seçkilərlə bağlı məlumat yaydı

DİN seçkilərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda bildirilir ki, 2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

 

Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda-rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görüb. 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031