Cəmİyyət

DİN sərxoş halda xidmətə çıxan polislə bağlı açıqlama yaydı - RƏSMİ

DİN sərxoş halda xidmətə çıxan polislə bağlı açıqlama yaydı - RƏSMİ
 Daxili İşlər Nazirliyi Qusarda içkili vəziyyətdə xidmət aparan polislə bağlı məsələyə münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:

"O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qusarda polis əməkdaşının sərxoş vəziyyətdə xidmət aparması barədə görüntülər yayılıb.

Həmin videonu təqdim edirik:
 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930