Cəmİyyət

Doğuşdan sonra ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Doğuşdan sonra ölən qadınla bağlı RƏSMİ AÇIQLAMA
Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olmuşdur.
 

Sfera.az xəbər verir ki, bu barədə Lənkəran rayon prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də "39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilmişdir.

Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.


XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31