No Image
No Image

Donald Tramp neftin niyə ucuzlaşdığını açıqlayıb

Donald Tramp neftin niyə ucuzlaşdığını açıqlayıb
 Dünya bazarında neft qiymətlərinin dəyişkənliyi Səudiyyə Ərəbistanının siyasətilə bağlıdır.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter” hesabında yazı paylaşıb:

"Xam neftin qiymətləri Səudiyyə Ərəbistanının hasilatı azaltması üzündən yüksəlir. Bizim milyonlarla iş yerinə malik möhtəşəm enerji şirkətlərimiz də yenidən çox yaxşı görünürlər. Eyni zamanda benzinin qiymətləri də rekord həddə azalıb (böyük vergi endirimindəki kimi). Bütün dünyaların ən gözəlidir. Dahiliyə keçirik”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti OPEC+ çərçivəsində əldə edilmiş razılaşmaya əlavə olaraq hasilatı daha 1 milyon barel azaltmaq qərarı verib. Bununla da ölkədə gündəlik neft hasilatının həcmi 7,5 milyon barelə yaxın olacaq.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəliblər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Samsung"un rəhbəri həbs edildi

Cənubi Koreyanın "Samsung Group" şirkətinin rəhbəri Li Çje Yon öz nüfuzunu artırmaq məqsədilə rüşvət verməkdə təqsirli bilinərək 2,5 il müddətinə həbs edilib. ...

Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək

Məlum olduğu kimi, Nazirlər Kabineti "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı qəbul edib. ...

"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvandan sensasiyalı etiraf - VİDEO

44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq "Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur" açıqlamaları ilə çıxış edən Ermənista...

Türkiyədə son sutkada koronavirusdan 8 812 nəfər sağaldı

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 165 nəfər dünyasını dəyişib. Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiy...

Aleksey Navalnı belə saxlanıldı - Video

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bu gün Rusiyada saxlanıldı.  Qeyd edək ki, zəhərlənməsi ilə əlaqədar bir müddət Almaniyada müalicə alan R...

Dünyada COVID-19-a yoluxanların sayı 95 milyonu ötdü

Dünyada yeni növ koronavirus ("COVID-19”) infeksiyasına yoluxanların sayı 95 milyonu ötüb. Sfera.az bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib...