No image
Dünya

Donald Trampdan koronavirusla bağlı GÖZLƏNİLMƏZ ETİRAF

Donald Trampdan koronavirusla bağlı GÖZLƏNİLMƏZ ETİRAF

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp koronavirus haqqında əvvəllər gizlədilən məlumatlar haqqında açıq danışıb.


Sfera.az-ın xarici mediaya məlumatına görə, prezident Donald Tramp koronavirus təhlükəsi ilə bağlı həqiqətləri bilərəkdən gizlətdiyini etiraf edib.

 

Tramp epidemiyanın hazırda ABŞ üçün böyük təhlükə olduğunu bildirməklə yanaşı gələcəklə bağlı pessimist düşünmədiyini ifadə edib. Ancaq ölkənin aparıcı səhiyyə xadimləri ABŞ-da vəziyyətin nəzarət altına alına biləcəyi anı qaçırdıqlarını iddia edirlər.

 

Məsələn, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauci Amerikada 100 mindən 200 minə qədər insanın virusdan ölə biləcəyini söyləyib. Bundan əlavə, ştatlarda infeksiya müalicəsi üçün lazım olan xəstəxana çarpayıları və avadanlıq çatışmazlığı mövcuddur.

 

Xatırladaq ki, bu günə qədər ABŞ-da 189 min koronavirus infeksiyası hadisəsiqeydə alınıb. 7 min xəstə sağalıb, 4 minə yaxın adam ölüb.

 

 

Orxan

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930