Cəmİyyət

Dostu şəhidimizə vəfa borcunu belə ödədi - VİDEO

Dostu şəhidimizə vəfa borcunu belə ödədi - VİDEO
 Aprel döyüşlərində şəhid olan Samir Kaçayevin qəbirüstü abidəsini onun ən yaxın dostu hazırlayıb.

Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, 2016-cı il aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin qəbirüstü abidəsini heykəltəraş dostu Rahib Qarayev hazırlayıb.
Abidə Şamaxı rayon, Məlhəm kənd qəbiristanlığında şəhidin dəfn olunduğu məzarın üzərində ucaldılıb.

Rahib Qarayev deyib ki, şəhid Samir Kaçayev sağlığında həm istedadlı heykəltəraş, həm də yaxşı dost olub.

Şəhidin atası Ziyəddin Kaçayev isə ötən gün Samirin doğum günü olduğunu, hər zaman tələbə yoldaşları və dostları tərəfindən onun xatirəsinin yad edildiyini bildirib.

Qeyd edək ki, əvvəllər də bir neçə şəhidimizin abidəsini hazırlayan heykəltəraş Rahib Qarayev Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, Qarabağ Müharibəsi iştirakçısı Albert Aqarunovun heykəlinin də həmmüəllifidir.


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930