Cəmİyyət

Dövlət qulluğu üzrə müsahibədə indiyədək 252 nəfər uğur qazanıb

Dövlət qulluğu üzrə müsahibədə indiyədək 252 nəfər uğur qazanıb
 Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

DİM-dən Sfera.az-a verilən məlumata görə, müsahibədə indiyədək 252 nəfər uğur qazanıb. Onlardan 164-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, bir nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3 712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930