İqtİsadİyyat

Dövlət Statistika Komitəsi ötən ili mənfəətlə başa vurub

Dövlət Statistika Komitəsi ötən ili mənfəətlə başa vurub
 Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ili 5,442 milyon manat mənfəətlə başa vurub. Halbuki qurum 2018-ci ildən 1,456 milyon manat zərərlə çıxmışdı.

Sfera.az xəbər verir ki, ötən il DSK-nın gəlirləri 19,215 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur. Bunun 19,21 milyon manatı qeyri-birja əməliyyatlarından, 5 min manatı isə birja əməliyyatlarından əldə olunub.

Hesabat dövründə Komitənin xərcləri isə 13,773 milyon manat olub ki, bu da illik müqayisədə 27,5% çoxdur. Bunun 5,248 milyon manat əmək haqqı və sosial sığorta xərcləri, 2,873 milyon manatı sərf edilmiş materialların dəyəri, 1,123 milyon manatı amortizasiya xərcləri, 4,529 milyon manatı isə sair əməliyyat xərcləridir. (report)

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031