Dünya

"Dünya koronavirusdan yaxasını qurtara bilməyəcək" - Professordan AÇIQLAMA

 Dünya koronavirusdan heç vaxt yaxa qurtara bilməyəcək.

Sfera.az bildirir ki, bu sözləri rusiyalı professor Vladimir Parşin deyib.

Biz hamımız anlamalıyıq ki, bir-birimizlə əlaqə saxlayacağıq və bundan sonra da bu virusla birlikdə yaşayacağıq. O, bəşəriyyətə gəlib və buradan heç bir yerə getməyəcək", - deyə, V.Parşin bildirib.

Professorun sözlərinə görə, hər kəsi yalnız kollektiv immunitet xilas edə bilər. Ancaq xəstə axını ağır olmamalıdır, yoxsa səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz.

"Reanimasiya şöbələri ağır xəstələrlə tamamilə dolub. Əgər belə xəstlərin sayı 10 dəfə çox olsa, heç bir tibb sistemi tab gətirə bilməz. Ona görə də, tələb olunduğu kimi, çölə çıxmamaq bu kəskin dövrü uzatmaq, kütləvi immunitet qazanmaq imkanı verəcək", - V.Parşin deyib.

Professor qeyd edib ki, kollektiv immunitet dünyanı dəfələrlə xilas edib. Əgər insanların 93-95 faizi immunitetə sahib olsa, o zaman digərlərinin də xəstəliklə üzləşmək şansı olduqca aşağı olacaq. 
 
(medicina.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X