No Image
No Image

"Dünyanın ən asan işi daş daşımaqdır" – Vasif Məhərrəmli

 "Müğənnilik ən asan peşədir" cümləsini qəbul edə bilmirəm. Dünyanın ən çətin peşəsidir".

 

Bunu Əməkdar artist Vasif Məhərrəmli "Bizimləsən" proqramında qonaq olarkən deyib. Müğənni ifaçılıq sənətini tənqid edənlərdən söz açıb:

 

"Müğənnilik rahat həyat deyil. Çox ağır, çətin, məsuliyyətli, əzablı, keşmə-keşli bir sənətdir. İstəmərəm uşağım müğənni olsun. Çünki çox çətindir, əziyyətlidir. Rejim, normal yemək, içmək, yatmaq, həyat tərzi yoxdur. O qədər şeylər sadalayaram ki... Bir dəfə liftdə cavan uşaq mənə qayıtdı ki, çox asan sənətdir, pul qazanmadır. Qayıtdım ki, uşaq olmasaydın, burnunun üstünə bir yumruq qoyardım, yerində qalardın.

 

Bir dəfə də biri deyir, nə edirsən, daş daşımırsan ki... Dünyanın ən asan işi daş daşımaqdır. Onun qiyməti 20 manatdır. Hamı onu bacarır. Bir maşına daşı doldurursan, 20 manat getdi. Bu da oldu fəhləlik. Bu isə sənətdir, Allahın vergisidir. Bu sənəti aşağılamaq zoruma gedir. O qədər aşağılayıblar ki...

 

Qarşıma şərt qoysalar ki, sənət, yoxsa övladın? Övladımı seçərəm. Gedib, necə dolanaram? Alma, qarpız sataram, kanalizasiya təmizləyərəm". (axşam.az)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

COVİD-19-un yeni mutasiyalarıyla bağlı son durum necədir? - ÜST AÇIQLADI

Koronavirusun Britaniya ştammı artıq 60 ölkə və ərazidə aşkar edilib. Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik hesabatında...

Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması...

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin inaqurasiya mərasimi maraqlı nüanslarla yadda qalıb. Sfera.az-ın məlumatına görə, mərasimdə ABŞ-ın keçmiş p...

"Bu şəxslərin peyvənd olunmasına gərək yoxdur" - HƏKİMDƏN AÇIQLAMA

"Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan...

Abdin Fərzəliyev şəhid ailələrini ziyarət etdi - FOTOLAR

  20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İH-nin rəhbər şəxsləri 20 Yanvar şəhi...

Azərbaycanda koronavirusa bu günə olan yoluxma statistikası açıqlandı

Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Sfera.az-a Na...

“Reuters” peyvəndlərdəki inanılmaz defekti üzə çıxardı: Milyonlarla dozalıq vaksin zibil qutusuna atılır

"Pfizer” və "BioNTech tərəfindən hazırlanan koronavirus peyvəndi haqqında yeni faktlar ortaya çıxıb.   Sfera.az xəbər verir ki, peyvəndin şüşəsinin üçün ...