Dünya

Dünyanın ən gənc Baş Naziri oldu - FOTO

Dünyanın ən gənc Baş Naziri oldu - FOTO
 

Finlandiyanın yeni Baş Naziri 34 yaşlı Sanna Marin oldu. 

Sfera.az bildirir ki, Sosial-Demokratlar partiyasının təcili səsverməsində Nəqliyyat və kommunikasiya naziri Sanna Marin ölkənin Baş Naziri seçilib. Beləliklə, o, dünyanın ən gənc Baş Naziri olub.

Sanna Marin bu həftə andiçmə mərasimindən sonra vəzifəsini icra etməyə başlayacaq. Beləliklə də, Finlandiya tarixində ilk dəfə "Qadınlar beşliyi” tərəfindən idarə ediləcək. Çünki hazırda ölkədəki bütün digər hakim partiyaların liderləri də qadınlardır.

Qeyd edək ki, daha öncəki Baş nazir Antti Rinnen dekabrın 3-də vəzifəsindən gedib. 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930