No Image
No Image

Duqindən Əliyev və Qarabağla bağlı möhtəşəm şərh

Duqindən Əliyev və Qarabağla bağlı möhtəşəm şərh
Qarabağ bəyanatı Azərbaycan üçün siyasi və hərbi qələbədir.

Sfera.az xəbər verir ki, bunu "Moskva-Bakı” portalına açıqlamasında rusiyalı filosof Aleksandr Duqin deyib.

"Azərbaycan öz əraziləri üzərinə nəzarəti bərpa etdi. "Pir qələbəsi” olur, amma Azərbaycanın qələbəsi əsl və birmənalıdır. İlham Əliyev Dağlıq Qarabağ ətrafındakı situasiyanın həlli ilə bağlı siyasi müdriklik göstərdi. Bu konfliktin Azərbaycanın xeyrinə həllində böyük rol oynadı. Əliyev bu müharibənin qəhrəmanıdır, tarixə düşən əsl qəhrəmandır”, – deyə o bildirib.

Onun sözlərinə görə, Əliyev hərbi əməliyyatları başlatmaqla bərabər, nüfuzlu müttəfiqlər arasında münasibətləri qoruyub saxlaya bildi ki, bu çox çətin bir şeydir:

"İlham Əliyev müharibə və siyasətdə Scilla və Xaribda arasından keçdi. Bu, böyük ustalıqdır. Düşünürəm ki, İlham Əliyev hazırda dünyada bir nömrəli siyasətçidir. Son illərdə heç kim Əliyev kimi belə möhtəşəm şəkildə öz xalqı və ölkəsi üçün milli maraqları reallaşdırmayıb”.

Duqin Əliyevi hazırda daha bir ciddi döyüşün gözlədiyini söyləyib:

"Rus sülhməramlıları hazırda Qarabağda ona görə yerləşiblər ki, Azərbaycan tərəfinə erməni əhalisinin haqlarını nəzərə alaraq nəzarətin ötürülməsini tam təmin etsinlər. Azərbaycan üçün çağırış budur. Burada düşünürəm ki, Əliyev onun da öhdəsindən gələcək, çünki bu – multikulturalizmin və xalqların haqlarının təminatı onun işidir. Burada məsələ xüsusidir. Rus icmasını dəstəkləmək başqa bir şey, kiçik xalqların haqlarını irəlilətmək ayrı bir şey, erməni əhalisi ilə konfliktdən sonra iş görmək tamam başqa məsələdir. Bu, çox ciddi, çox çətindir. Ona görə də əgər İlham Əliyev mənəvi döyüşü qazansa, Dağlıq Qarabağdakı dinc əhalinin hər şeydən sonra Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etsə, bu, əsl qələbə olacaq və Ermənistanın özündə antiazərbaycan millətçi ritorikasının yumşaldılmasına təsir edəcək. Bu gün istənilən güc tətbiqi aktı, Azərbaycan əsgərinin istənilən düşünülməmiş reaksiyası Azərbaycanın qalib kimi qəbuluna neqativ təsir edə bilər. Əgər erməni dinc sakininin başından bir tük belə düşsə, əgər ermənilərə münasibətdə hansısa ədalətsizlik olsa, bu, Azərbaycana ziyan edəcək. Ona görə də bütün vasitələrlə belə şeylərə yol verilməməlidir”.

Duqin bunların reallaşdırılacağı halda Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasının bitəcəyini, azərbaycanlılar və ermənilərin Azərbaycan və Ermənistana qayıdacağını bildirib. ///Axar.az
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda təmtəraqlı toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək? - KOMİTƏ SƏDRİ AÇIQLADI

Toy, əyləncə və şənlik məclislərinin keçirilməsinə qoyulan qadağanın davam etməsi ölkədə böyük bir kütlənin çətinliklə üzləşməsi ilə nəticələnib. Sfera.az...

Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT - VİDEO

Ötən gün Bakının Nərimanov rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisə Əliyar ...

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş 30 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Sfera.az bildirir ki, bunu erməni KİV-ə ...

Ermənilər bu qalamızı niyə qoruyub? - VİDEO

XVIII əsrdə inşa edilən qala ermənilər tərəfindən muzey kimi istifadə edilib, saxtalaşdırılan tarixin bir parçasına çevrilib. Sfera.az xəbər verir ki, Azə...

Prezident Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev "İstiqlal” ordeni ilə təltif edilib. Sferaş.az-ın məlumatına görə,...

Rəşid Mahmudov koronavirusdan sağaldı

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusdan sağalıb. Sfera.az xəbər verir ki, bu barədə Rəşid Mahmudov özü məlumat ...