Sİyasət

Düşmənin məhv edilən döyüş texnikasının - SİYAHISI

Düşmənin məhv edilən döyüş texnikasının - SİYAHISI
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

  -   200-dək tank və digər zirehli texnika;

  -   228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

  -   30 ədəd hava hücumundan müdafiə vasitələri;

  -   6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

  -   5 silah-sursat anbarı;

  -   110-dan artıq avtomobil texnikası;

  -   1 ədəd "S-300” zenit-raket kompleksi.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031