Sİyasət

“Düşünün ki, 27 ildir atan-anan ölüb və...” – İqbal Ağazadə Füzulinin alınmasından danışdı

“Düşünün ki, 27 ildir atan-anan ölüb və...” – İqbal Ağazadə Füzulinin alınmasından danışdı

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Füzuli şəhərinin və bir neçə kəndin azad olunduğunu elan edib.


Sfera.az əslən Füzulidən olan tanınmış siyasətçilərin xəbərlə bağlı hiss və həyəcanını öyrənib:


Ümid partiyasının sədri İqbal Ağazadə sevincini belə təsvir edib:


"Əslində indiki hisslərimi hansısa sözlə ifadə etmək çətindir. Bir cümlə ilə ifadə edəcəm hislərimi. Düşünün ki, 27 ildir atan-anan ölüb, qardaşın, doğman ölüb və sən də evində yaşayırsan. Birdən qəfil evinin zəngi çlınır və baxırsan ki, hamısı qapıda dayanıb, sağ-salamatdır. Bu hiss nədirsə, Füzulinin də alınması mənim üçün o deməkdir”.


Füzulidən deputat seçilən Vüqar Bayramov Gəncə hadisələri ilə bağlı üzüntüsünü bildirərək Füzuli xəbərinə görə bütün xalqa gözaydınlığı verib:


"Füzuli şəhəri bizimdir. Erməni quldurlarının Gəncə şəhərində törətdikləri terror hadisəsi zamanı dünyasını dəyişənlərə bir daha Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək, Füzuli şəhərinin və kəndlərinin işğaldan azad olması münasibəti ilə bütün Füzulilərə, bütün xalqımıza göz aydınlığı verirəm. Bu gün Füzuli rayon tarixinin ən şərəfli günlərindəndir. Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbayacan Ordusu! Var olsun mərd və qorxmaz xalqımız!

 

Füzuli daxil olmaqla bütün torpaqlarımızın azad olunması uğrunda şəhid olan vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirəm.

 

Qarabağ böyük quruculuq dönəminə daxil olur. Erməni quldurları tərəfindən dağıldılmış Füzuli şəhəri, kəndlərimiz və bütövlükdə işğaldan azad olmuş bütün torpaqlarımız qısa zamanda bərpa olunacaq və yenidən Qarabağımıza həyat qayıdacaq. Qarabağ Azərbaycandır və əbədi bizim olacaq!”.

 

 

Sfera.az

Əzizə Zeynal

 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031