Hadİsə

"EGE Hospital"da dəhşət: Ürəyinə 6 stent qoyulan xəstə öldü, həkim meyiti aradan çıxartdı

 Bakının məşhur klinikalarından olan "EGE Hospital"ın kardiocərrahiyyə şöbəsində ağlasığmaz hadisə baş verib.

Klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırılır.

Sfera.az məhrumun ailə üzvlərinin şikayətini olduğu kimi təqdim edir:

"İyunun 24-də atamızı ürəyində narahatlığı ilə bağlı "EGE Hospital"a - Ülvi Mirzoyevin qəbuluna apardıq. Guya bu həkim adlı-sanlı, stend qoymaq üzrə peşəkar həkim idi. Atamı dərhal Anju (angioqrafiya) etdirən həkim çıxıb dedi ki, 98% damarları tıxanıb, bunu belə qoymaq olmaz. İmkan varsa, elə bu gün stend qoyaq, xəstəni ikinci dəfə incitməyək.

Biz razılaşdıq, sonra həkim dedi ki, atanıza 6 stend qoyulmalıdır, 10 min manat edir. Biz təəccübləndik ki, bir dəfəyə bu qədər stend olarmı? Dedi, hətta 8-ni birdən qoyduğumuz xəstə olub. İnandıq. Pulu gətirdik.

3 gündən sonra atam evə yazıldı, 4-cü gecə onun ürəyi tutdu. Təcili yardım çağırdıq, onlar da təəccübləndilər ki, 6 stendi birdəfəyə niyə qoyublar. Olmaz axı.

Atamı heç yerə aparmadılar. Səhər öz ayağı ilə Ülvinin yanına getdi. Kassada 1500 manat yenidən ödəyib, Ülvi baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır.

Həkim anama sənədlər gətirib ki, əməliyyata razılıq verməsi ilə bağlı imza atsın. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin, ya görsün vəziyyəti necədir.

Həmin an həkim əməliyyatxanaya qayıdıb, 3 dəqiqəyə geri gəlib ki, xəstə öldü.

Deməli, bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı.

Xəbər ailəmizə çatanda klinikaya getdik, Ülvi maşınına minib qaçmışdı.

Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışdıq. Bizə dedilər ki, Ülvi öz cibindən 200 manat verib, atamin meyitini təcili yardımla məscidə - yuyub, kəfənləməyə göndərib. Ordan da tapşırıb ki, rayona apararsız.

Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?

Bu nə vəhşilikdir, bu nə qəddarlıqdır?

Hər kəsə demək istəyirik ki, biz səhv etdik, nə bu klinikaya, nə o cəllad Ülvi kardiocərraha müraciət etməyin. Diqqətli olun, hər əməliyyata razılaşmayın”.

Ailə hazırda dəfn və yas işləri ilə məşğul olduğundan yaxın 1-2 gündə məsələ ilə bağlı prokurorluğa müraciət edəcək. Ailə üzvləri "EGE Hospital"ın rəhbərliyindən açıqlama və maddi təzminat tələb edir.

 
(medicina.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31