Cəmİyyət

Ekspert: “Avtobuslarda sərnişin sıxlığı azalıb”

Ekspert: “Avtobuslarda sərnişin sıxlığı azalıb”
 

Uzun illər Bakı şəhərində ictimai nəqliyyat sektoru üçün səciyyəvi problemlərdən biri də avtobuslarda yaşanan sərnişin sıxlığı olub. Xüsusən pik saatlarda yolllarda yaşanan nəqliyyat sıxlığının bənzəri avtobusların içində sərnişinlər arasında da yaşanırdı. Hətta bəzi hallarda avtobusların sərnişin çoxluğundan öz hərəkət tarazlığını itirdiyinin də şahidi olurduq.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev "Report”a verdiyi açıqlamada bildirib ki, son illər görülən bir sıra işlərin nəticəsində avtobuslarda sərnişin sıxlığında azalma müşahidə edilir:

"Ölkəyə yeni gətirilən avtobuslar əvvəlkilərə nisbətən daha böyük, daha iri tutumlu və komfortludur. Bundan başqa istifadəyə verilən avtobus sayında da əvvəlkinə nisbətən çoxluq var. Bütün bunlar avtobuslarda sərnişin sıxlığının azalmasına səbəb olan faktorlardır. Ödəniş sisteminin dəyişilməsi də avtobuslarda sərnişin sıxlığının azalmasına təsir göstərən amillər sırasındadır. Kartla ödəniş sisteminə keçidin bu cəhətdən müəyyən qədər təsiri var. Əvvəllər sürücülərin məvacibi gündəlik plan əsasında ödənildiyinə görə onlar çalışırdı ki, avtobusa daha çox sərnişin mindirsinlər və qazancları daha çox olsun. Çünki onların qazancı yığılan vəsaitdən ödənilirdi. Bu səbəbdən də avtobuslarda sərnişin sıxlığı olurdu. İndi sürücülərə maaş sistemi tətbiq edildiyinə görə onlar daha çox sərnişin götürməkdə maraqlı deyillər. Avtobus sürücüləri əsasən çalışırlar ki, təyin olunan vaxtda lazımi ünvana çatsınlar. Bu səbəbdən də avtobuslarda gecikmələr olmur. Əvvəllər sürücülər harda gəldi avtobusu saxlayıb sərnişin götürürdülər. Bu da avtobusda sıxlığı artırırdı. İndi isə sərnişinlərin avtobusa mindirilməsi daha sivil formadadır. Sərnişinlər avtobuslara dayancaqlarda minir və dayanacaqlarda da tərk edirlər. Sanki bu proseslər bir normal axara və tempə düşüb, ona görə də avtobuslarda sərnişin sıxlığı bir qədər normallaşıb”.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930