İqtİsadİyyat

Ekspert: “Azəriqaz”dakı struktur islahatları, ilk növbədə, çevik idarəetməni təmin etməlidir”

Ekspert: “Azəriqaz”dakı struktur islahatları, ilk növbədə, çevik idarəetməni təmin etməlidir”

"Azəriqaz” İstehsalat Birliyində struktur islahatları çərçivəsində idarəçiliyin təmərküzləşməsi istiqamətində iş aparılır. Son olaraq Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti və Qaz Kəmərlərinə və Cihazlarına Texniki Xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb.

Bu barədə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, qurumda gedən struktur islahatlarının ilk hədəfi çevik və keyfiyyətli idarəetmə sistemi formalaşdırmaqdan ibarət olmalıdır:

"Məlum olduğu kimi "Azəriqaz” İB 2009-cu ildə struktur islahatları çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) birləşdirildi. Bundan sonra qurumda xeyli işlər görüldü. Bura ilk olaraq ölkə ərazisində qazlaşdırmanın 96%-ə çatdırılmasını qeyd edə bilərik. Hətta sovet dövründə qazın bol vaxtında belə bir infrastruktur Azərbaycanda olmayıb. Bəlli məsələdir ki, sərbəst fəaliyyət göstərən qurum kimi ölkə başçısının göstərişini rəhbər tutaraq "Azərqaz”ın bu hədəfə çatması bir xeyli çətin olardı. Burada SOCAR-ın maddi və inzibati dəstəyinin böyük rolu olub.

Ümumiyyətlə, bu və ya digər qurumun strukturunda xidmət səviyyəsini qaldırmaq, keyfiyyət göstəricilərini və səmərəliliyi artırmaq istəyirsənsə, ilk növbədə, keyfiyyətli idarəetməni təşkil etməlisən. Belə ki, sərəncamında nə qədər vəsait və imkanlar olursa-olsun effektiv idarəetmə sistemi olmadıqca yuxarıda qeyd edilənləri təmin etmək mümkünsüzdür. "Azəriqaz” bu gün 2,3 milyon abonentə xidmət göstərir ki, bunların da mütləq əksəriyyəti əhali qrupuna aiddir. Göstərdiyi xidmət bu qədər geniş istehlakçı qrupunu əhatə edən bir qurumda idarəetmə ən yüksək səviyyədə təşkil edilməlidir. Qeyd olunan struktur islahatları ilk öncə "Azəriqaz”da çevik və keyfiyyətli idarəetmə sistemi formalaşdırmalıdır. Bu daha keyfiyyətli xidmət göstərməyə imkan verməklə müştəri məmnunluğu və rahatlığını təmin edəcək”.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930