No Image
No Image

Ekspert: "Bir sıra sürücülər yenilikləri qəbul etmək istəmir"

Ekspert:
 
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra küçələrdə yenidənqurma işləri həyata keçirilir. Artıq iki küçədə işlər yekunlaşmaq üzrədir. Bunlar Xətai rayonundakı Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələridir.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Qaynarinfo-ya açıqlamasında aparılan işləri təhlükəsizlik və küçə infrastrukturunun yaxşılaşdırılması baxımından müsbət qiymətləndirdiyini bildirib: 
 
"BNA-nın küçələrdə apardığı yenidənqurma işlərini müsbət qiymətləndirirəm. Həyata keçirilən tədbirlər birbaşa axına müsbət təsir edən bir faktorlardır. "Cib” tipli parklanma yerlərinin yaradılması nəticəsində sürücülər konkret olaraq bilirlər ki, avtomobili harda saxlamaq olar. Yenidənqurma işləri aparılmış küçələrdə hərəkətdə olan avtomobil piyada zolağına yaxınlaşdıqca sürücü piyadanın hərəkətini daha aydın görə bilir. Nəticədə sürüclərin görmə məsafəsi yaxşılaşdırılır ki, bu da həm piyada, həm də sürücülər üçün təhlükəsizlik baxımından önəmli məsələdir. Digər tərəfdən, həyata keçirilən bu tədbirlər  ümumi küçə infrastrukturuna müsbət təsir edəcək. Lazımi imkanları olan digər küçələri də bu formatda inşa etmək lazımdır”. 

Ekspert qeyd edib ki, sözügedən yenidənqurma işləri barədə maarifləndirici addımların atılmasına ehtiyac var:

"Bir sıra sürücülər ənənəvi formatda olan küçələrə öyrəşdikləri üçün bəzi yenilikləri ya qəbul etmək istəmir, ya da görməzdən gəlirlər. Bu istiqamətdə çoxsaylı maarifləndirici videoçarxlar hazırlamaq lazımdır. Eyni zamanda, yenidənqurma işləri dövründə bu işlərin aparıldığı ərazilərdə müvəqqəti nişanların, küçə təhvil verildikdən sonra isə isə daimi nişanların və piyada zolaqlarının yerləşdiyi ərazilərdə işıqlandırma sistemlərinin yaradılmasına diqqəti artırmaq lazımdır”.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu

 Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilə...

Vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - FOTO

 Uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Paşayev (Vüqar Biləcəri) Biləcəri qəbiristanlığında dəfn edilib. Sfer...

Bakıda 551 küçə dezinfeksiya edildi - FOTO

 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 əd...

Vüqar Biləcəri Hökməli qəbristanlığında dəfn olunacaq - FOTO

  Tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Sfera.az xəbər verir ki, bu barədə meyxanaçının yaxınla...

Sumqayıtda avtobuslarda maska taxmayanlar cərimələndi - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şə...

Polis Bakıda obyektlərə nəzarəti gücləndirib - FOTO

Paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶əməliyyat-profilaktik,...