Cəmİyyət

Ekspert: “Hərbi aviasiyamız qısa müddətdə Ermənistanı qan gölünə çevirəcək”

Ekspert: “Hərbi aviasiyamız qısa müddətdə Ermənistanı qan gölünə çevirəcək”

"İndi Azərbaycan Ordusunun ixtiyarında elə modern döyüş aviasiya vasitələri və artilleriya qurğuları var ki, onlar zərbə endirəndə güclü zəlzələ titrəyişi və dağındı yaradır. Düşmən həmin döyüş aviasiya vasitələrinin zərbələri nəticəsində darmadağın olacaq".


Bunu Sfera.az-a açıqlamasında hərbi ekspert İbrahim Mənsimoğlu deyib.


O bildirib ki, Azərbaycan Ordusunda istifadə olunan təyyarələrin hamısı Rusiya istehsalıdır. Lakin təlim təyyarələri fərqlidir: "Hazırda Pakistan istehsalı olan "Super Muşşak” təlim təyyarəsindən istifadə edirik. Ümumən desək, biz indiyə kimi Rusiya hərbi uçuş vasitələrinə çox üstünlük vermişik. Bunun da obyektiv səbəbləri var. Biz Rusiya ilə birgə olduğumuz Sovet İttifaqından müstəqil dövlət kimi ayrılmışıq. Tarixi əlaqələrimiz mövcuddur. Bu gün də qonşu Rusiya dövləti ilə hərbi əməkdaşlığımız davam edir. Demək lazımdır ki, bizim ordumuzun inkişaf imkanları Ermənistan ordusuna nisbətən daha çoxdur.

 

Ümumiyyətlə, hazırkı ordu ilə 1992-ci ildəki ordu arasında fərq böyükdür. Mən ordumuzun ilk hərbi əməliyyatlarının iştirakçısı kimi deyə bilərəm ki, bzi həmin dövrdə yüksək keyfiyyətə malik döyüş aviasiya vasitələrinə və qabiliyyətli pilotlara malik deyildik. Bəzi dar məqamlarda rus pilotlarının qüvvəsindən istifadə edirdik. Amma indi yüksək pilotaj qabiliyyətə malik cəsur təyyarəçilərimiz var. Onlar hətta qardaş Türkiyə ilə birgə hərbi uçuş təlimləri də keçirirlər. Həmin təlimlərdə təyyarəçilərimiz F-16 təyyarələrindən də istifadə edib öz qüvvələrini sınayırlar. Çox yüksək döyüş qabiliyyətinə və peşəkarlıq xüsusiyyətlərinə malik pilotlarımıza sahib olmuşuq. Hərbi ekspert kimi belə düşünürəm ki, erməni işğalçılarına qarşı növbəti hərbi əməliyyatlarda, bəlkə də hərbitəyyarələrə ehtiyac yaranmayacaq. Döyüş səhnəmiz öz miqyasına görə elə böyük deyil. Əlimizdə olan artilleriya silahlarımız, piyada qoşunlarımızın modern döyüş texnikaları hesabına çox qısa müddətə işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edə bilərik”.


Hərbi ekspert bildirib ki, əvvəllər Azərbaycan Ordusunun hərbi-texniki təchizatı kifayət qədər deyildi, indi isə ordumuz ən müasir silahlara, döyüş vasitələrinə və hərbi texnikaya malikdir.

 

İ.Mənsimoğlu vurğulayıb ki, Azərbaycan Ordusu birinci Qarabağ müharibəsində çox köhnə reaktiv artilleriya vasitələrindən istifadə edirdi: "Uzaq başı 21 km-ə qədər ərazini vura bilirdik. İndi isə zəlzələ effekti yarada biləcək artilleriya silahlarımız var. Sadəcə bizə əmr lazımdır. O əmri də səbirsizliklə gözləyirik. Bizim aviasiyamız çox inkişaf edib. Əvvəllər L-39 təyyarələrindən gənc pilotların öyrədilməsi üçün istifadə olunurdu və müəyyən çətinlik, texniki çatışmazlıq yaranırdı. İndi ixtiyarımıza "Super Muşşak” kimi çox keyfiyyətli təlim təyyarələri verilib. Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantları artıq 2-ci kursdan təlimlərə gedərək uçuş vərdişləri qazanırlar. Bizim uçuş arsenalımızda olan "Mi-17”, "Mi-24” və "Mi-35” vertolyotlarından, "MİQ-29” qırıcı və "Su-25” bombardmançı təyyarələrindən bacarıqla istifadə edilir. Erməni işğalçılarını dədə-baba yurdumuzdan rədd etmək üçün silah ehtiyatımız çox zəngindir. Qısa müddətə Ermənistanı qan gölünə çevirə bilərik".

 

 

Orxan

Sfera.az

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930