İqtİsadİyyat

Ekspert prezidentin sərəncamını şərh etdi: "Təəssüf ki, Azərbaycanda...”

Ekspert prezidentin sərəncamını şərh etdi:
 "Təəssüf ki, Azərbaycanda kölgə iqtisadiyyatı problemi də var".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədiyə 1 milyard manatın ayırması ilə bağlı imzaladığı sərəncamdan danışarkən deyib.
 
O, qeyd edib ki, Prezidentin bu fərmanı özəl sektorda çalışanlara da şamil olunmalıdır: "Əslində müxtəlif nazirliklərin tərkibində 4 işçi qrupu yaradılıb. 15 gün əsrizndə prezidentə təkliflər paketini hazırlayıb təqdim etməlidirlər. İlkin olaraq özəl sektor - kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan addımlar olmalıdır. Yəni, fərmanda bu öz əksini tapıb. Amma bunun mexanizmi necə olacaq, hansı formada həyata keçiriləcək, ödənişlər necə aparılacaq, kimlər buna iddialı olacaq və s. kimi suallara cavab almaq üçün işçi qrupunun təkliflərini gözləmək lazımdır". 

Ekspertin fikrincə, Azərbaycanda müqaviləsiz işləyənlər üstünlük təşkil edir: "Çox təəssüf ki, Azərbaycanda kölgə iqtisadiyyatı problemi də var. Bir çox iş yerləri, kiçik və orta sahibkarlarda işçilərin rəsmiləşdirilməsi ilə bağlı sənədlər qaydasında deyil, müqaviləsiz işləyənlər daha çoxdur. Onlarla icarə müqavilələri düzgün bağlanılmayıb. Çox zaman müqavilədə daha kiçik həcmlər göstərilib. Amma bunun mexanizmlərinin necə olacağı halda indidən nəsə söyləmək çətindir. İşçi qrupunun fəaliyyətinin gözləmək lazımdır". 

Qeyd edək ki, Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama görə, bu işlərin görülməsinə 1 milyard manat ayrılıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930