Cəmİyyət

Ekspertdən orduya qara yaxanlarla bağlı təklif

Ekspertdən orduya qara yaxanlarla bağlı təklif
 

"Neqativ informasiyaların qarşısını almaq üçün ordu və KİV-in qarşılıqlı əlaqəsi daha da möhkəmləndirilməlidir”.

Sfera.az  xəbər verir ki, bunu "Mediapost”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, ordu haqqında yayılan hər bir məlumatın dərhal araşdırılmasının vacibliyini bildirib: "Ordu haqqında səsləndirilən hər bir fikir, tənqid dərhal ən yüksək səviyyədə araşdırılmalıdır. Əgər təsdiqini taparsa, bu çatışmazlıqların təkrar olunmaması üçün mütləq tədbirlər görülməlidir. Yox, əgər bunlar şər və ya böhtan xarakterlidirsə, ordunun və ya ordu nümayəndələrinin nüfuzuna xələl gətirmək məqsədi daşıyırsa, bu informasiyaları yayan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülməlidir”.


Ekspert hesab edir ki, vətəndaş cəmiyyətinin nümayəndələri tez-tez hərbi hissələri ziyarət etməlidir: "Görülən işlər daha geniş formada insanlara çatdırılmalıdır. Ordu böyük bir cəmiyyətdir, kifayət qədər geniş şəxsi heyətə malikdir. Burada təbii ki, hər şey ideal ola bilməz. Hər əsgər bir ailədən gəlir, fərqli dünya görüşünə, intellektual səviyyəyə sahib olurlar. Çatışmazlıqlar ola bilər və bunların aradan qaldırılması üçün tədbirlərin görülməsi vacibdir”.

Ə.Verdiyev bildirib ki, həqiqətə uyğun olmayan məlumatların paylaşılması orduya xeyirdən daha çox ziyan verir.

"Hərbi hissələrin yerləşdiyi, dislokasiya olunduğu məntəqələrin koordinatlarının göstərilməsi, zirehli və zirehsiz atəş vasitələrinin, artilleriya mövqelərinin açıq şəkildə bildirilməsi və ya onların video-kadrlarla müşayiət olunması bizə daha çox ziyan vurub. Ancaq artıq informasiyanı çox da gizli saxlamaq mümkün olur. Hazırki dövrdə bir çox hava vasitələri - peyklər, PUA-lar (pilotsuz uçuş aparatları) vasitəsilə yerüstü obyektlərin fotolarını çəkmək mümkün olur.

İstənilən halda ordu ilə bağlı görüntülərin, şəxsi heyətin, hərbi texnikanın yerdəyişməsi, hərbi planın və s. paylaşılması məqsədəuyğun deyil”, - deyə o bildirib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X