Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərdi

Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərdi
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Fuat Oktayı və qardaş türk xalqını təbrik edib.

Baş Nazir, həmçinin məktubunda Türkiyənin Vitse-prezidentini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə əlaqədar son hadisələr barədə məlumatlandırıb. Ermənistanın Azərbaycana qarşı vəhşiliklərini və hərbi cinayətlərini pislədiyinə, Azərbaycanın haqq işini dəstəklədiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş türk xalqına bir daha dərin təşəkkürünü bildirib.

Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birini dəstəkləməsinin, bir-birinin yanında olmasının iki ölkənin əsrlərin sınağından çıxmış qardaşlığının və müttəfiqliyinin bariz şəkildə ifadəsi olduğu vurğulanıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan İlham Əliyevə telefonla zəng etdi

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zə...

Prezident və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlini qoydu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimin...

“Bizə bildirildi ki, Rusiyanın müdafiə naziri belə sözlər deməyib” - İlham Əliyev

"Bu məsələdən xəbərdar olduğumuzda dərhal Rusiya tərəfindən soruşduq, bu məsələnin nə olduğu ilə bağlı maraqlandıq. Lakin bizə məlumat verildi ki, erməni mətbua...

Kosobokov Bakının qəzəbinə tuş gəlib? - Komandan iki həftədən sonra niyə geri çağırıldı...

"Sentyabr ayının 6-da Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, Bakı bu təyinatdan razı deyi...

Ərdoğanla Putinin Soçi görüşündən gözləntilər: "Türkiyənin qərarlılığı Moskvanı güzəştə məcbur edəcək"

"Görüşdə İdlib böhranı, Türkiyənin Ukraynaya dəstəyi və Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunacaq”.   Sfera.az bildirir ki, bunu politoloq ...

Əli Əsədov türkiyəli həmkarına məktub ünvanladı

Azərbaycanın Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb. Nazirlər Kabinetindən Sfera.az-a veri...