Sİyasət

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi

Əli Əsədov ukraynalı həmkarını təbrik etdi
 

Azərbaycanın Baş Naziri Əli Əsədov Denis Şmıqala Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib. 

Sfera.az  xəbər verir ki, məktubda deyilir:

"Ukraynanın Baş Naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İkitərəfli əlaqələrimizin, strateji əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atacağımıza ümidvar olduğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031