Maqazİn

Elnurdan aparıcılara sərt sözlər: “Ay bədbəxt, sənin ondan fərqin yoxdur” - VİDEO

Elnurdan aparıcılara sərt sözlər: “Ay bədbəxt, sənin ondan fərqin yoxdur” - VİDEO

"İkili oynamağı sevmirəm. Şəxsi həyatımda necəyəmsə, işimdə də eləyəm. Kişi kimi, qürurlu, mənlikli yaşamalıyam kimi həyat prinsipim var. Hərə öz həyatını özü seçir. Hərə özünə cavabdehdir”.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri məşhur müğənni Elnur Məmmədov "MTV Azərbaycan”da yayımlanan "Söhbətsiz” proqramında deyib. 

Sənətçi ad çəkməsə də, bəzi həmkarlarını qəbul etmədiyini dilə gətirib:

"Şəxsiyyətini qəbul etmədiyim insan var ki, sənətini sevirəm. Ancaq Azərbaycanda bir çoxlarının sevdiyi müğənni var ki, insanlığı məni qane etmədiyi üçün sənətini də özümə yaxın tuta bilmirəm. Mənim üçün əsas qürur, mənlik və tərbiyədir. İstəyir böyük sənətin olsun, yaşın da çox olsun, fərqi yoxdur”.

Elnur efirlərə çıxmamasının səbəbini belə izah edib:

"Efir var ki, efirə çıxaq? Əgər öz ailəmin efirdə gedən verilişlərə baxmağını istəmirəmsə, özüm heç o proqrama çıxaram? Xeyr, heç vaxt çıxmaram. Çünki efirlərimizdə nümunəvi heç bir şey görmürəm. Ancaq bir-birini qırır, sındırır, tənqid, təhqir edirlər. Bundan başqa heç nə görmürük. Heç vaxt qalmaqalım olmayıb. Mənə söz atanlara belə cavab verməmişəm.

Üç il olar ki, şou verilişlərinə, 15 ildən çoxdur ki, sayt, qəzet və jurnallara müsahibə vermirəm. İki ildir heç bir konsertə getmirəm. Sadəcə ard-arda əsgərlərə konsert verirəm.

Canlı verilişlərə belə çıxmaq istəmirəm. Çünki 10-15 dəqiqə gecikmə ilə efirə gedir. Sözümüzü deyirik, lakin kəsib efirə özlərinə sərf edən kimi verirlər. Müğənnini başqa cür təqdim edirlər. İnsanların fikirlərində bizi başqa cür formalaşdırırlar. Məsələn, məni tək çağırırlar, başqasını cüt çağırırlar. Mənə hörmətlə yanaşırlar, yeni çıxan ifaçıları sındırırlar. Bu da mənə pis təsir edir. Ay bədbəxt, qarşındakı efirə yeni çıxsa da, sənin ondan fərqin yoxdur. Hamımız bir kəfənə bürünüb gedəcəyik”.



 

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930