No Image
No Image

Əmək müqaviləsi bağlamayan mağaza sahibinə vergi cəzası

Əmək müqaviləsi bağlamayan mağaza sahibinə vergi cəzası
 

Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. 

Vergilər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Bayramov Ceyhun Mahir oğluna məxsus, Gəncə şəhərinin müxtəlif ünvanlarında yerləşən "Əminə Market” mağazalar şəbəkəsində operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. Vergi ödəyicisinə məxsus 4 təsərrüfat subyektində vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülməsi, malların elektron qaimə-faktura əsasında alınmasına nəzarət və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması halları yoxlanılıb.

Nəzarət tədbirləri zamanı həmin mağazalarda ümumilikdə 200 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, onlardan 57 nəfərin əmək müqaviləsi şərtləri altında bilərəkdən xidməti müqavilə əsasında (bu, ümumu işçi sayının 28,5 faizini təşkil edir) cəlb edilməsi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Daha 3 nəfərin isə heç bir müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni zamanda 5 halda nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı da aşkar edilib.

Nazirlik işəgötürənlərə xəbərdarlıq edib:

"Bir daha bildiririk ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir.

Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar”. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərovun oğulları orduya könüllü yazıldı - FOTO

Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun oğulları Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar. Sfera.az xəbər verir ki, bu barədə Nazirin oğ...

SON DƏQİQƏ! Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir

 Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az "koronavirusinfo.az” saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəm...

Bakıdan çıxmaq istəyən AA seriyalı avtomobil karantin postundan geri qaytarıldı – FOTOLAR

  Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçm...

Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma - TƏBİB məsələyə aydınlıq gətirdi

  Ağciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub. Sfera.az  xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəx...

Klinikalar koronavirus testi müayinələrini dayandırdı

  Azərbaycanda klinikaların koronavirusun aşkarlanması məqsədilə test müayinələrinin aparılmasını dayandırdıqları bildirilir. Sfera.az  "marja.az”a ...

Aygün Kazımova karantinə alındı - VİDEO

  Xalq artisti Aygün Kazımovanın köməkçisi və ailə üzvləri koronavirusa yoluxub. Sfera.az  xəbər  verir  ki, bundan  sonra ...