Maqazİn

Əməkdar artist aparıcı ilə dalaşıb efirdən getdi - VİDEO

Əməkdar artist aparıcı ilə dalaşıb efirdən getdi - VİDEO
 Əməkdar artist Sevinc Əliyeva "Space" kanalında yayımlanan "Hər səhər" proqramında küsüb studiyanı tərk edib.

Sfera.az xəbər verir ki, buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub. Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib.

S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib:

"Mənim əyri ayaqlarım olmayıb, əməliyyata ehtiyac duymamışam. Düz ayaqlarım var. Hər zaman da qısa geyinmişəm. İndi də heç bir plastik əməliyyat etdirməyi düşünmürəm. Çəkilişlərim var, necə edə bilərəm? Məni boğaza yığdın".

Anar isə onu əməliyyat edəcək plastik cərrahı telefonla efirə bağlayacağını deyib. Aktrisa əsəbləşərək studiyanı tərk edib.



 
(axşam.az)

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30