Maqazİn

Əməkdar artist boşanma xəbərlərindən danışdı

Əməkdar artist boşanma xəbərlərindən danışdı
Aktrisa Ülviyyə Əliyeva həyat yoldaşı Manaf bəylə ayrılmaları haqda söz-söhbətlərə son qoyub.

Sfera.az "axşam.az"a istinadən xəbər verir ki, sənətçi "Gündən-günə" proqramında Əməkdar artist Əkbər Əlizadənin "Deyirlər ki, Ülviyyə həyat yoldaşı Manaf bəydən ayrılıb" sözlərinə belə cavab verib:

"Yaradıcılığım var. 23 ildir aktrisalıq fəaliyyəti göstərirəm. Sevmirəm ailəmlə gündəmə gəlim. Sosial şəbəkədə varam, amma ailəmlə bağlı paylaşım etmirəm. Bu, mənim özəlimdir. Heç kəsə ixtiyar vermirəm ailəmi kimsə müzakirə etsin.

İyunda ailə qurmağımızın 3 ili tamam olur. Xoşbəxt ailəm var. Bir-birimizi başa düşən, sözü boğazından keçən ailəyik. İstəmirəm çirkab sözlərlə çirkləndirsinlər. Paylaşmıram, o demək deyil ayrıldıq. Paylaşmaq üçün yetərincə materialım var. Özəlimdir, yuvama toxunmayın".

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31