Maqazİn

Əməkdar artistin qardaşını evində qətlə yetiriblər

Əməkdar artistin qardaşını evində qətlə yetiriblər
 "Qardaşımı evində qətlə yetiriblər. İllərdir bir arzum var ki, onu niyə öldürdüklərini bilim. Bir dostunu tutdular, indi həbsdən çıxıb da. Mənə xəbər göndərdi ki, çıxanda onu niyə və kimin öldürdüyünü deyim. Sona kimi boynuna almadı ki, mən öldürmüşəm. Amma onun üstündə qardaşımın qanı, cibində isə pul və qızıllar olub. Analarımız da rəfiqə idi. 1997-ci ildən indiyənə kimi səbəb bilinmir. O dedi ki, kiminsə günahını üstümə götürdüm. Yeganə qardaşım idi".

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Space TV"də yayımlanan "Gəl dərdini danış" verilişində deyib.

Aktrisa illər əvvəl qətlə yetirilən qardaşından bəhs edib:

"Qardaşım öldürüləndə uşağı yeni doğulmuşdu. 40-ı çıxmamışdı deyə yoldaşı anası evində idi. Qardaşım onu öldürən dostu Fuadla qalırdı. Qardaşım bərbərxanada işləyirdi, şəhərin ən zəngin adamları onun yanına gedirdilər. Ölməzdən bir neçə gün əvvəl Fuad ondan pul istəmişdi. Yatdığı yerdə qardaşımın başına butulka ilə vurmuşdu".

Orucova gəlinlərinin qardaşının uşağını ona göstərmədiyini söyləyib:

"Gəlin hadisədə bizi günahlandırırdı. Oğlana atamın adını - Malik qoymuşduq. Nə qədər cəhd edirəm uşağı göstərmir bizə. Aramızda ev söhbəti oldu. Elə bildi ki, qardaşım öləndən sonra evi alacam əlindən. Amma etməzdim, həmin ev də ona qaldı. Eşitmişəm ki, uşaq Moskvada oxuyur, 23 yaşı var. Uşaq olanda gedib-gəlirdim, oyuncaq aparırdım. Gəlin dedi ki, ehtiyacımız yoxdur oyuncaqlara. Mən də pul, ərzaq yardımı edirdim". (axsam.az)

XƏBƏR LENTİ

«    Noyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30