İdman

Çempionlar Liqasının oyunlarının vaxtı dəqiqləşdi

Çempionlar Liqasının oyunlarının vaxtı dəqiqləşdi
 

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün bərpa tarixi dəqiqləşib.

Sfera.az-ın  "Marca" nəşrinə istinadən məlumatına görə, koronavirus pandemiyasına görə təxirə salınan 1/8 final mərhələsinin cavab oyunlarına avqustun 7-də start veriləcək.

İlk oyun günündə "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun 2:1) və "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 0:1) matçları keçiriləcək.

 "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (ilk oyun 1:1) və "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0) qarşılaşmaları isə avqustun 8-də baş tutacaq.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031