Sİyasət

Ərdoğan Azərbaycana dəstək olan partiyalara təşəkkür etdi

Ərdoğan Azərbaycana dəstək olan partiyalara təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hücumlarını qınayan siyasi partiyalara təşəkkür edib.

Sfera.az xəbər verir ki, qardaş ölkə başçısı Tvitter hesabından etdiyi paylaşımda AKP, CHP, MHP və İYİ Partinin təşəbbüsünü alqışlayıb: 

"Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu güclü bir şəkildə təsdiq edən bu ortaq açıqlamada imzası olan siyasi pariyalarımıza şəxsən öz adımdan və millətimiz adından təşəkkür edirəm. Məclisimizi bu güclü mövqeyindən dolayı təbrik edirəm”.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031