Sİyasət

“Erməni keşiş efirdən deyir ki, Azərbaycan tərəfdən cinlər savaşıb” - Siyavuş Novruzov

“Erməni keşiş efirdən deyir ki, Azərbaycan tərəfdən cinlər savaşıb” -  Siyavuş Novruzov
"Ermənilər bu yaxınlarda televiziyalarının birində keşişi efirə çıxarıb, sübut etməyə çalışırdılar ki, İkinci Qarabağ savaşında Azərbaycan tərəfdən cinlər savaşıb”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, keşiş cəmiyyəti erməni fərarilərin cinlərdən qorxub qaçdığına inandırmağa çalışıb: "Görün, biz kimlərlə savaşmışıq. 10 minlərlə fərarisi olan ölkə bunu cinlərlə əlaqələndirməyə çalışır. Bu qələbəni Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgəri qazanıb”.

Spiker Sahibə Qafarova isə deputatın çıxışına belə reaksiya verib: "Ermənilər nə qədər səfeh-səfeh danışsalar, o qədər yaxşıdır”./Qafqazinfo

XƏBƏR LENTİ

«    May 2021    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31