Cəmİyyət

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutub

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutub
 

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. 

Sfera.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Sentyabrın 30-da təxminən saat 11 radələrində düşmənin atdığı top mərmilərindən bir Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.

Rayon sakini Emin Əhmədova məxsus geyim mağazasına ziyan dəyib. 

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031