Ermənistan hələ də bundan əl çəkmir - Ombudsman

Ermənistan hələ də bundan əl çəkmir - Ombudsman
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı açıqlama yayıb.

Ombudsman aparatından Sfera.az-a bildirilib ki, açıqlamada deyilir: "Oktyabrın 26-da saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. Mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə konvensiyalarının, eləcə də müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir. Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir. Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir”.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABB-dən “Anım günü” layihəsi - VİDEO

ABB 27 sentyabr Azərbaycan Respublikasında Anım gününə həsr olunmuş yeni sosial məsuliyyət layihəsini təqdim edib. Layihə 44 günlük Vətən müharibəsində şəhid ...

DYP sürücülərə MÜRACİƏT ETDİ

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib. Sfera.az bildirir ki, idarənin baş inspektoru, polis mayoru Araz...

Mais Bərxudarov Şuşada Azərbaycan bayrağını qaldırdı - VİDEO

General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb. Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi...

Səyyad Əlizadənin kürəkəni: Həkimlər əlindən gələni edir, amma...

Mərkəzi Gömrük Hospitalında müalicə alan Səyyad Əlizadə hələ də "ECMO" qoşulu vəziyyətdədir. Sfera.az  xəbər verir ki, bu barədə modern.az-a onun kür...

Prezidentin şəklini tutduğu şəhid kimdir? - DOSYE

Xəbər verdiyimzi kimi, bu gün Azərbaycanda Anım Günüdür. Şəhidlərin anım gününə həsr olunan və Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının...

"Noyabrın 9-u səhər yaralandım, axşam eşitdim ki, müharibə qurtarıb..." - Qazilər o günü necə xatırlayır?

27 sentyabr... Hələ bir neçə il əvvələdək təqvimin bu tarixi payızın ilk günləri, sadəcə olaraq IX ayın 27-ci günü idi. Lakin bir il əvvəl bütün bu adilik, 27 r...