No Image
No Image

Ermənistanın sabiq naziri: Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyir

Ermənistanın sabiq naziri: Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyir
Yaxın gələcəkdə Ermənistanda ərzaq təhlükəsizliyi, ilk növbədə çörəyin mövcudluğu, həmçinin qiymət artımı nöqteyi-nəzərindən ciddi problemlər yaranacaq.
 
Sfera.az xəbər verir ki, bu barədə "News.am"a Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib.

O, qeyd edib ki, ərzaq təhlükəsizliyi bir zamanlar işğal olunmuş həm Qarabağ, həm də Ermənistan üçün ümumi xarakter daşıyıb. Lakin indi ermənilər Qarabağı tərk edib.

Birinci təhlükə taxılın mümkün çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edib. Sabiq nazirin sözlərinə görə, bunun 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb.

"Biz Ermənistanda istehsal edilən 75%-dən çox taxıl itirdik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Defisiti xaricdən idxalla doldurmaq lazım gələcək. Nəzərə alsaq ki, ABŞ dollarının məzənnəsi artmağa davam edəcək, onda bizdə çörəyin mövcudluğu və onun qiymət ilə bağlı problem yaranacaq”, - sabiq kənd təsərrüfatı naziri deyib.

"Taxılın əsas ixracatçı ölkələrinin koronavirusla əlaqədar məhdudiyyətlərini də unutmaq olmaz. Və əgər çörəyin qiyməti artsa, onda hər şeyin qiyməti artacaq”, - Artur Xaçatryan bildirib.

"Təəssüf ki, bizdə ərzaq təhlükəsizliyi strategiyaları yoxdur. Müstəqilliyin əldə edilməsi günündən Ermənistan kənd təsərrüfatı ilə məşğul olmayıb”, - o əlavə edib.///Report
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Özünü 18-ci mərtəbədən atan qızla bağlı YENİ MƏLUMAT - VİDEO

Ötən gün Bakının Nərimanov rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, hadisə Əliyar ...

Qarabağda artıq 1281 erməni əsgərinin meyiti tapılıb

Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş 30 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Sfera.az bildirir ki, bunu erməni KİV-ə ...

Ermənilər bu qalamızı niyə qoruyub? - VİDEO

XVIII əsrdə inşa edilən qala ermənilər tərəfindən muzey kimi istifadə edilib, saxtalaşdırılan tarixin bir parçasına çevrilib. Sfera.az xəbər verir ki, Azə...

Prezident Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif etdi

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev "İstiqlal” ordeni ilə təltif edilib. Sferaş.az-ın məlumatına görə,...

Rəşid Mahmudov koronavirusdan sağaldı

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov koronavirusdan sağalıb. Sfera.az xəbər verir ki, bu barədə Rəşid Mahmudov özü məlumat ...

Rusiyadan ABŞ-a cavab: “Öz problemlərinizlə məşğul olun"

ABŞ Rusiya müxalifətinin bu gün keçirdiyi aksiyalara reaksiya verib. Sfera.az xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi yaydığı rəsmi məlumatda baş verə...