Ermənistanın təslim olduğu barədə xəbərlər yayıldı

Ermənistanın təslim olduğu barədə xəbərlər yayıldı
Cəbhədən hər an yeni məlumatlar gəlməkdə davam edir. Bu gün gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən yenidən raketlə vurulması, sivil insanların qətlə yetirlməsindən sonra Azərbaycan əsgəri əks-hücumları gücləndirib.

Artıq Ermənistan ordusunun Azərbaycan əsgəri qarşısında duruş gətirə bilmədiyini işğal altında olan torpaqlarımızın sürətlə azad edilməsi bir daha təsdiqləyir.

Düşmən tərəfin əsgərləri döyüşməkdən imtina edir. Hətta çoxsaylı videokadrlar var ki, səfərbərlik zamanı Ermənistan polisi ilə sadə ermənilər arasında ciddi insident yaşanır. Bütün bunlar onu göstərir ki, Ermənistan ya tezliklə təslim olmağa razılıq verməli, ya da özünü məhvə aparmalıdır. Başqa bir məsələ isə Ermənistanın hərbi gücünün, xüsusil texniki təchizatın 0 həddinə düşməsidir.

Başlıcası isə Ermənistanın xaricdən gözlədiyi dəstəyi ala bilməməsidir.

Artıq Ermənistan rəbərliyinin çıxış yolu kimi birinci variantı, könüllü olaraq Azərbaycan torpaqlarını azad etmək yolunu seçdiyi ilə bağlı məlumatlar var.

Hətta bununla bağlı beynəlxalq ekspertlərin də rəyi Ermənistanın çıxış yolu kimi məhz Azərbaycan torpaqlarının azad edilməsinə razılıq verməsi göstərilir.

Onlar hesab edirlər ki, əks halda, onsuz da Azərbaycan öz torpaqların azad edəcək, bu zaman nəticə Ermənistan üçün daha ağrılı olacaq.///Modern.az

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031