Cəmİyyət

Azərbaycanın Əməkdar İncəsənət Xadimi koronavirusdan vəfat etdi

Azərbaycanın Əməkdar İncəsənət Xadimi koronavirusdan vəfat etdi
AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

Sfera.az xəbər verir ki, telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev Covid-19-un qurbanı olub.
 
Bu barədə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli öz sosial şəbəkə hesabından məlumat yayıb.

Məlumata görə, E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.

Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31