"Etik saymıram..." - Deputat aldığı bayram pulundan danışdı

Millət vəkili Erkin Qədirli sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan Qurban bayramına görə deputatlara verilən bayram payı haqqında açıqlama verib.


Sfera.az xəbər verir ki, millət vəkli bunun köhnə qayda olduğunu, illərdir tətbiq olunduğunu bildirib:


"Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.


Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:


1) etik saymıram;


2) reklamdan xoşum gəlmir;


3) hamıya yardım etmək imkanım yoxdur."(ucnoqta.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31