AKTUAL

"Evdə qal, evdə yarat!" – Millət vəkilinin dəstəyi ilə MÖHTƏŞƏM AKSİYA

"Abşeron və Qobustan sakinlərinin diqqətinə! Karantin dövründə evdə sıxılırsan? Vaxtını səmərəli keçirmək və öz yaradıcı tərəfini göstərmək istəyirsən? O zaman, ərsəyə gətirdiyin yaradıcılıq qabiliyyətin ilə "EvdəQalEvdəYarat” müsabiqəsinə qoşul və "Mədəniyyət Turu"nda iştirak etmək haqqı qazan!”


Sfera.az-ın məlumatına görə belə bir müraciətlə millət vəkili Şahin Seyidzadə çıxış edib.


Millət vəkili vurğulayıb ki, indi #EvdəQal təlimatına əməl edən zaman yaradıcılıqdan geri qalmadan, öz sənətkar ruhunu hər kəsə nümayiş etdirmək imkanı yaranıb:

 

"Evdə keçirdiyiniz vaxt ərzində ərsəyə gətirdiyiniz yaradıcılıq nümunəsinin (rəsm, əl işi, musiqi ifa etmək, heykəl və s.) foto və yaxud videosunu Facebook profilinizdə hamıya açıq formada

1) #EvdəQalEvdəYarat heştegi ilə paylaşın;

2) Kreativ Azərbaycan (@kreativazerbaijan) səhifəsini postda tag edin;

3) Paylaşılan postun linkini 0506002550 nömrəsinə whatsapp ilə yollayın.

Ən çox bəyənmə (like) almış paylaşımların müəllifləri 1 May 2020-ci il tarixində müəyyən edilərək Bakı şəhərində mədəniyyət turunda (muzey, teatr, konsert və s.) iştirak edəcəkdir. Əlbəttə ki, karantin dövrü bitdikdən sonra!”

 

Millət vəkili xatırladıb ki, Abşeron və Qobustan üzrə ümumilikdə hər rayondan müvafiq olaraq 10, ümumilikdə 20 qalib müəyyən edilərək Bakı şəhəri üzrə "Mədəniyyət Turu"nda iştirak edəcək. Həmçinin digər iki aksiyaya da qoşularaq karantin dövrünü çox maraqlı keçirə bilərsən:

1) Əgər, sənin artıq hazır yaradıcılıq nümunələrin varsa, #SənətəDəstəkOl xeyriyyə aksiyasına qoşularaq məhsullarınızın satılması və ödənişsiz alıcılara çatdırılması üçün müraciət edə bilərsən (ətraflı: https://bit.ly/senetedestekol).

2) Yaxud öz yaradıcı tərəfini kəşf edərək, yeni biliklər öyrənmək istəyirsənsə, Mədəniyyət kanalında (Mədəniyyət kanalı / Culture Channel) yayımlanan buraxılışları izləyərək #yaradıcılığıevdəöyrən aksiyasına qoşula bilərsən. (ətraflı: https://creative.az)

 

 

 

Məlumat üçün bildirək ki, "Evdə qal, evdə yarat!" müsabiqəsi, elə də "Sənətə dəstək ol!" və "Yaradıcılığı evdə öyrən" aksiyaları Abşeron və Qobustan rayonlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, Abşeron-Qobustan dairəsi üzrə Millət vəkili Şahin Seyidzadənin dəstəyi ilə həyata keçirilir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X