Hadİsə

Evi bombalanan həkim əsgərlərə görə Tərtəri tərk etmir - FOTOLAR

Evi bombalanan həkim əsgərlərə görə Tərtəri tərk etmir - FOTOLAR
"CNN Türk” kanalı Ermənistan tərəfindən raket hücumuna məruz qalan Tərtər şəhərindən reportaj hazırlayıb.

Sfera.az  xəbər verir ki, təqdim olunan süjetin qəhrəmanı 65 yaşlı həkim Nazilə Təhməzova olub. O, mühəndis həyat yoldaşı Ramiz Hüseynovla birgə yaşadığı mənzili tərk etmək niyyətində olmadığını bildirib.

Həm ev, həm də həyəti atılan mərmilərdən sonra ziyana düşən cütlük müvəqqəti olaraq zirzəmidə yaşayır.
Səhərədək yüzlərlə bombanın üstlərindən keçdiyini deyən R. Hüseynov yaralanmadan dağıntılar altından xilas olduqlarını deyib. O, Tərtəri tərk etməyəcəyini, xanımının əsgər və qadınlara tibbi köməklik göstərdiyini vurğulayıb.

Cəbhədə yaralanan əsgərlərin müalicəsi üçün davamlı olaraq yardıma getdiyini bildirən Nazilə Təhməzova isə Ermənistandan qorxmadığını bildirib:

"Ordumuza və Prezidentimiz İlham Əliyevə güvənirik. Qarabağ bizimdir. Bizim əraziyə üç dəfə bomba atdılar və hər şey toz-duman oldu. Qorxduq, amma keçdi. İstənilən halda buranı tərk etməyəcəyik. Çünki lazım olan şəxslərin köməyinə qaçmağa çalışıram”.

XƏBƏR LENTİ

«    Oktyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031