Cəmİyyət

Expressbank-da yeni təyinatlar

Expressbank-da yeni təyinatlar
 

Expressbank-ın Pərakəndə Bankçılıq Departamentinin direktoru vəzifəsinə Tural Seyid təyin olunub.

 

Bu barədə Sfera.az-a Bankdan bildirilib.

 

Tural Seyid 8 ildir bank sistemində, son 5 ildir Expressbank-da müxtəlif vəzifələrdə işləyir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqstisadi münasibətlər” fakültəsini bitirib.

 

Bankda Biznesin İnkişafı Departamentinin direktoru vəzifəsinə isə Rüfət Əhmədzadə təyin olunub.

 

Rüfət Əhmədzadə 10 ildir bank sistemində çalışır. O, 2014-cü ildən etibarən isə Expressbank-da Biznesin İnkişafı Departamentinin tərkibində müxtəlif vəzifələrdə işləyir. 

 

Rüfət Əhmədzadə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq” fakültəsini bitirib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930