AKTUAL

Faşist cəlladı Njdenin 6 metrlik heykəlinin silueti - Paşinyanın babası...

Faşist cəlladı Njdenin 6 metrlik heykəlinin silueti - Paşinyanın babası...
 

2019-cu ilin oktyabrında MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən məhdud tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyevin neofaşizm kimi təhlükəli tendensiyaya diqqəti yönəldərək,  faşist cəlladı, satqın Qaregin Njdeyə (Ter-Arutyunyan) Ermənistanın paytaxtında abidə ucaldılmasını pisləməsinin o vaxt işğalçı ölkənin hökümət başçısı Nikol Paşinyanı niyə təlaşa salmasının əsas səbəbi bu günlərdə tam aydın oldu. Sən demə, Paşinyanın babası  - böyük Nikol Paşinyan əslində faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı döyüşüb. Yəni, faşist cəlladı Njdenin silahdaşlarından olub. "İravunk.com" (https://iravunk.com/news/111767) saytının məlumatına görə, Nikol Paşinyan sosial şəbəkə hesabında babasının fotosunu paylaşaraq qeyd edib ki, o, 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib və 1943-cü ildə müharibədə həlak olub.

Ermənistan mətbuatı isə yazıb ki, əslində Paşinyanın babası faşistlərə xidmət edib. Bu barədə Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər barədə məlumatların toplandığı "obd-memorial.ru” (https://obd-memorial.ru/html/info.htm?id=301060764fbclid=IwAR38BUD6iIxW4y0bNU5eNOSIuSJxho5yBTixaaKlZCHvu0K3w5E4hPWZIio) portalında da qeydlərin mövcud olduğu bildirilib.

 

Bu fakt Aşqabad sammitində yaranmış mənzərəni yenidən göz önünə gətirməyə zəmin yaradır. Adıçəkilən toplantıda Azərbaycan Prezidentinin əsaslı arqumentləri qarşısında aciz duruma düşən Paşinyan faşistlərin əlaltısı Njdeni keçmiş SSRİ-nin xarici işlər naziri Molotov və sovet dissident Soljenitsinlə müqayisə etməklə əslində "diplomatik tələ”yə düşdüyünün fərqində idi. Növbəti siyasi səriştəsizliyi onu həm beynəlxalq auditoriya qarşısında, həm də öz ölkəsində gülünc vəziyyətə salmışdı. Rus tarixçiləri isə bu gün də birmənalı şəkildə Ermənistan rəhbərliyinin Qaregin Njdenin faşistlərlə əməkdaşlığına haqq qazandırmasını rədd edirlər. Rusiya Xarici İşlər Nazirliyi də öz hesabatında Njde ilə bağlı "onun nasistlərlə işbirliyinin olmasına dair  məlumatın olduğunu" qeyd etmişdi. Bu mənada Bakı ilə Moskvanın mövqeyi tam üst-üstə düşür - Kreml də birmənalı şəkildə faşist simaların qəhrəmanlaşdırılmasını məqbul hesab etmir. Çünki  Njde 1944-cü il dindirilməsində də açıq etiraf edir ki, almanlarla təxribat xarakterli işlər görüb. 30 ermənini faşistlərə yardım etmək məqsədilə SSRİ-yə təxribatçı kimi atıb. Həmin qrupun 17 nəfəri həbs edilib, qalanları isə axtarışa verilib. Njde eyni zamanda yəhudilərə qarşı Holokost soyqırımının da aktiv iştirakçısı olub. 1942-ci ildə o, SSRİ ilə döyüşən erməni legionu təşkil edib, əsas şüarı isə belə olub: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur".

Ter-Arutyunyanın Ermənistanda qəhrəmanlaşdırılması əslində SSRİ-nin süqutundan dərhal sonra başlayıb - artıq 1992-ci ildə İrəvanın mərkəzindəki meydan və metro stansiyası Garegin Njdenin adını daşıyırdı. "Njdeizm” millətçi ideologiyası isə Ermənistanda dövlət səviyyəsində təbliğ olunur, eyni ideologiya, rəsmi olaraq, sabiq prezident Serj Sarkisyanın Respublikaçılar Partiyasının platformasında da mövcud idi. Amma maraqlıdır ki, Ermənistan cəmiyyətində bu məsələ ilə bağlı 100%lik həmrəylik yoxdur. Njde hətta vaxtı ilə irqçilik və faşizmi dəstəklədiyinə görə Daşnaktsyutun partiyasından da qovulub. Onun Hitlerə guya erməni xalqının sağ qalması ümidi ilə kömək etməsinə dair iddiaları isə xəyanəti əsaslandırmaq cəhdindən başqa bir şey deyil.

Təsadüfi deyil ki, 7 il əvvəl erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Rusiyanın Armavir şəhərində bu faşist cəlladının xatirəsinə qoyulan lövhə Armavir ermənilərinin bir qismi, xüsusilə də tarixçilər tərərfindən lazımsız hesab edilirdi. Çünki onlar da dərk edirdi ki, tarixin məhkəməsi çoxdan qərarını verib – Hitler və onun Njde kimi silahdaşları cinayətkardır. Rusiya Dövlət Dumasının deputatları isə haqlı olaraq faşist cəlladının lövhəsini təsadüfən qırmızı qan laxtasına bənzətmirdilər. Cəllad Njde heç vaxt qəhrəman ola bilməz, çünki faşizm əslində göründüyü qədər uzaq tarix deyil. O dövrdə baş verən cinayətləri əks etdirən tarixi faktlar kifayət qədər aşkar və əlçatandır. Elə Azərbaycan Prezidentinin mütəmadi olaraq beynəlxalq tribunalardan bəyan etdiyi kimi, faşistlərin əlaltısına milli qəhrəman obrazında heykəl ucaltmaqla neofaşizm ənənələrinin yaşadılmasına xidmət etmək bu gün erməni faşizminin mövcudluğu kimi qiymətləndirilməlidir. Ermənistanın özünü demokratiya təmsilçisi kimi göstərməyə çalışan hazırki rəhbərliyinin də öz sələflərinin yolu ilə gedərək, faşist ideologiyasının təbliğatçısı qismində çıxış etməsinin ən başlıca səbəbi bu gün İrəvanın mərkəzində ucaldılan 6 metrlik faşist cəlladının heykəlinin "silueti”ndə gizlənir. Belə ki, Paşinyanın SSRİ-yə qarşı döyüşən babası Nikolay Vartanoviç Paşinyanın silueti faşizmin qəhrəmanlaşdırılması fonunda Njdenin 6 metrlik heykəlindən daha aydın görünür...

Könül Nurullayeva, Milli Məclisin deputatı

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031