No Image
No Image

Fərdi tədris və repetitor xidmətləri belə fəaliyyət göstərməlidir - TƏLİMAT

Fərdi tədris və repetitor xidmətləri belə fəaliyyət göstərməlidir - TƏLİMAT
 Fərdi tədris və repetitor xidmətləri ilə bağlı təlimat qaydaları hazırlanıb.

Sfera.az xəbər verir ki, qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi qeyd olunub.

Bildirilir ki, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə).

Dərs vəsaitləri ortaq istifadə edilməməli, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zamanı otaq havalandırılmalıdır.

Həmçinin kitab, qəzet və dəftərxana mallarının satış qaydaları da təsdiqlənib. Belə ki, onlayn satışlara üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməli, bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır. 

Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilə təmin olunmalı, müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır. Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir. İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təhsil Nazirliyi: Şagirdlərin tibbi maskadan istifadəsi könüllüdür

Təhsil Nazirliyi fevralın 1-dən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin iştirakçılarının tibbi maskadan istifadəsinin məcburi ol...

Övladını məktəbə göndərməyənlər sənəd imzalamalıdır

"Hansısa valideyn övladının səhhətiylə bağlı təhlükə hiss edirsə, distant təhsili seçə bilər”. Sfera.az  xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil...

Heç bir müəllim məcburi peyvənd olunmayacaq - RƏSMİ

"Heç bir təhsil işçisinin koronavirus əleyhinə vaksin edilməsində məcburetmə halı olmayacaq". Sfera.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin İcti...

Bu peşə məktəbi artıq publik hüquqi şəxs oldu

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 nömrəli Bakı Peşə Məktəbi və Azərbaycan Dövlət Dəmir Yolu Liseyi birləşdirilərək, onların bazasında yar...

Şagirdlərin dərslərində geriləmələr var? - NAZİRDƏN CAVAB

Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. ...

Ali təhsil müəssisələrinin statistikası açıqlandı

"Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir”. Sfera.az xəbər evrir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhs...