AKTUAL

Fəzail Ağamalı: “Səfər Əbiyev böyük tenderlərin hamısını Vahid Əhmədova verirdi”

Fəzail Ağamalı: “Səfər Əbiyev böyük tenderlərin hamısını Vahid Əhmədova verirdi”

"Vahid Əhmədovun fikirləri qərəzlidir və Zakir Həsənov Azərbaycan dilində ondan da yüksək səviyyədə danışır”.


 

Bunu "Sfera.az" açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə münasibət bildirərkən deyib.

 

O, parlamentin iclasında məsələyə münasibət bildirdiyini söyləyib: "Vahid Əhmədovun fikirləri başdan ayağa qərəzlidir və birbaşa nostalji hislərlə bağlıdır. Azərbaycan cəmiyyətinə də sirr deyil ki, Vahid Əhmədovun keçmiş Müdafiə naziri Səfər Əbiyevlə çox yüksək münasibətləri vardı və Səfər Əbiyev böyük həcmli tenderlərin hamısını məhz Vahid Əhmədova verirdi. Onlar arasında ciddi iş birliyi var idi və s. Bu baxımdan görünür ki, Vahid Əhmədov həmin imkanları itirməsini və Səfər Əbiyevdən fərqli olaraq Zakir Həsənovun Azərbaycan dövlətçiliyinə, Azərbaycan Ordusuna, əsgərinə, zabitinə, torpağa sədaqətini həzm edə bilmir”.


 

F.Ağamalı vurğulayıb ki, Zakir Həsənov çox böyük və üstün keyfiyyətlərə malik olan milli ruhlu generaldır: "O, Müdafiə naziri təyin olunandan sonra Müdafiə Nazirliyində qayda-qanun yaratdı, ciddi islahatlar apardı, ordunun maddi-texniki bazası gücləndirildi və ən müasir silahlarla təmin edildi. Səfər Əbiyevin vaxtında bunlar yox idi. Onun nazir işlədiyi zaman köhnə silah alırdılar, onu da yeni silah adı ilə təqdim edirdilər. Nəticədə də külli miqdarda vəsait göyə sovrulurdu. Zakir Həsənov bunların heç birini etmədən Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Vahid Əhmədovun da söylədiyi fikirlərin heç bir əsası yoxdur. Bu fikirlər başdan ayağa konyukturadır, qərəzlidir. Zakir Həsənov normal qaydada, hətta Vahid Əhmədovdan da yüksək səviyyədə Azərbaycan dilində danışır. Vahid Əhmədov özünün danışığı ilə Zakir Həsənovun danışığını müqayisə etsin. Onda görəcək ki, Zakir Həsənov Azərbaycan dilində daha səlis, dialektsiz danışır, nəinki Vahid Əhmədov”.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031