FHN-in Laçında yerləşəcək binasının lövhəsi - FOTO

Cəmiyyət
18:20 / 30.11.2020
4799
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırdır.
Sfera.az xəbər verir ki, qurumun rayonda yerləşəcək inzibati binasının girişində asılacaq.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək.