İdman

FIFA prezidenti: "İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalıyıq"

FIFA prezidenti:
 

"Belə çətin dövrdə hamımızın bir ümumi böyük rəqibimiz var. Bu, COVID-19 koronavirusudur".

Sfera.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino futbol ictimaiyyətinə müraciətində deyib. O bildirib ki, futbol ictimaiyyəti həmrəylik, birlik nümayiş etdirməlidir: "Biz hamımız birgə, vahid komanda kimi işləməliyik. Bu, qlobal problemdir. Dünyəvi problemlər isə qlobal qərarlar tələb edir. Biz birlikdə işləməliyik. Koronavirusla mübarizə - bizim prioritetimizdir, futbol isə indi ikinci plana keçir. İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalı, sonra isə futbolla bağlı işlərə qayıtmalıyıq".

İnfantino gələcəyi düşündüklərini və futbola vurulan zərbəni qiymətləndirdiklərini, amma hazırda bunun prioritet olmadığını əlavə edib: "Biz bununla sonra məşğul olacaq və yeni ideyalarla, yarış formatları ilə qayıdacağıq. Lakin indi koronavirusla ümumi mübarizə vaxtıdır".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula, Çempionlar Liqası və Avropa Liqası isə qeyri-müəyyən müddətə təxirə salınıb. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda bütün çempionatlar dayandırılıb. 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930