AKTUAL

“Fil Agency” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı

“Fil Agency” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırdı

Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

"Fil Agency” MMC Cənab prezidentin çağırışını qəbul edərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb. Bundan əlavə, bildirilib ki, Mart ayında əməkdaşlarının sağlamlıq və bayram xərclərini nəzərə alaraq hər birinə əmək haqqının 10%-dək miqdarında maddi mükafat ayrılmışdır.

 

"Reklam agentliyi olaraq dünyadakı və ölkəmizdəki iqtisadi prosesləri yaxından izləyirik. İnanırıq ki, ÜST və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik.

Agentliyimiz 15 martdan etibarən onlayn şəkildə fəaliyyətini davam etdirir. Hamımız #evdəyik və həmvətənlərimizi #evdəqal-mağa, gigiyena qaydalarına riayət etməyə çağırırıq. Həmçinin, xidmət göstərdiyimiz şirkətlərə də koronavirusla mübarizə istiqamətində dijital həllər təklif etmiş, vətəndaşları bu istiqamətdə düzgün istiqamətləndirmək üçün maarifləndirici məzmunlar hazırlamışıq.

Bildirmək istəyirik ki, FİL AGENCY MMC olaraq dövlətimizin və xalqımızın hər zaman yanındayıq. Koronavirus ilə bağlı dövlətimizin atdığı bütün addımları, qərarları həssaslıqla izləyirik, qərarları icra etməyə davam edirik. Bütün kiçik və orta sahibkarları da möhkəm olmağa və dövlətimizə dəstək olmağa çağırırıq. ”, - deyə agentliyin rəhbəri Aysel Cəbrayılova bildirib.

Xatırladaq ki, "Fil Agency” MMC reklam agentliyi 2017-ci ildən fəaliyyət göstərir, müştərilərinə marketinqin bir sıra sahələri üzrə yeni həllər təklif edir. Agentlik "Milli Marketinq Forumu”, "Dijital Marketinq Konfransı” kimi forumların da təşkilatçısıdır.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930