AKTUAL

Fırıldaqçılar koronavirusdan qorxan insanları aldatmaq üçün yeni yol tapıb - DETALLAR

Fırıldaqçılar koronavirusdan qorxan insanları aldatmaq üçün yeni yol tapıb - DETALLAR

Pandemiyadan qorxan İnternet istifadəçiləri pul köçürməkdən imtina etdikləri təqdirdə koronavirus infeksiyasına yoluxdurulacaqları ilə təhdid edilməyə başlayıblar.


Sfera.az xəbər verir ki, bu barədə "Lenta.ru" ya informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış ESET şirkətindən məlumat verilib.


Mütəxəssislərin əldə etdiyi məlumata görə, hakerlər yeni aldatma yolu icad ediblər - onlar insanlara qonşularının adından oxşar məzmunlu məktublar göndərirlər. Qonşu adından yazılan məktubun mətnində məktub müəllifinin koronavirus infeksiyasına yoluxduğu və vəziyyətinin ağır olduğu bildirilir.


"Bir həftə sonra mən bu dünyanı tərk edəcəyəm. Valideynlərim mənim dəstəyimdən məhrum olacaqlar. Sən isə bütün bu müddət ərzində həyatdan həzz alacaqsan. Hesab edirəm ki, bu ədalətsizlikdir, bu üzdən mənə haqq ödəməyini təklif edirəm. Mən isə bunun müqabilində evdə qalıbsəni və sənin ailə üzvlərini yoluxdurmağa çalışmayacağam. Həyat və ya pul ”, -deyə fırıldaqçı buna bənzər mətn yazır.

 

Mesajın sonunda, doldurulması tələb olunan Bitcoin-dəki kriptovalyut cüzdanına keçid lingi göstərilir. ESET əməkdaşları ümumi panikaya uymamağı və əsas rəqəmsal gigiyena qaydalarına əməl etməyi tövsiyyə edir.

 

Buna bənzər kiber-hücum haqda aprel ayının sonlarında məlumat verilmişdi. O zaman hədəfdə olan online porno izləyən istifadəçilər idi. Şantaj, intimvideoların izlənildiyini sübut edən veb-kamera, yaxud kompüter ekranı vasitəsilə çəkilən video görüntülərə görə zərərçəkəndən fidyə tələb etməkdən ibarət idi. O zaman da cinayətkarlar haqq ödəməkdən imtina edən zərərçəkənləri koronavirusa yoluxduracaqları ilə təhdid edirdilər.

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031